ANS PRESS-in məlumatına görə, siyahı qadınlar yalnız gözəlliyinə görə deyil, onların istedadlı, savadlı olmalarına görə tərtib edilib.
Siyahıda 1-ci yeri 21 yaşlı Şarlotta Makkinni tutub. Bu gənc kaliforniyalı model çəkildiyi "Həkimlər" serialındakı rolu ilə məşhurlaşıb. Hazırda model alt paltarlarının reklamında çəkilir. Bununla yanaşı, həm də dəb jurnalları ilə əməkdaşlıq edir.

Şarlotta Makkinni model
Siyahıda 2-ci yerin sahibi "Victoria’s Secret"-in 26 yaşlı modeli Kendis Sveynpoldur. Keçən il ABŞ-ın "Maxim" kişi jurnalı ona "ən çox arzu olunan qadın" titulunu verib.

Kendis Sveynpol
Siyahıda 3-cü yeri "Avatar"-ın ulduzu 37 yaşlı iki əkiz anası Zoya Saldana tutub. O seksual zorakılıqla mübarizəyə yönələn "Nəsə" ("One Thing") adlı sosial reklamın çəkilişlərində iştirak edib.

Zoya Saldana
Onun ardınca amerikalı supermodel Erin Xiterton gəlir. O, Leonardo Di Kaprionun keçmiş sevgilisi və "Victoria's Secret"-in modellərindən biri olub.

Erin Xiterton
5-ci yerə Hollivud aktrisası Cessika Alba yiyələnib.

Cessika Alba
Top-on reytinqdə həmçinin ABŞ aktrisası və müğənni 6-cı yerin sahibi Naya Riveradır.

Naya Rivera
Siyahıda 7-ci yerin sahibi müğənni Teylor Sviftdir.

Teylor Svift
Brazilyalı supermodel Adriana Lima 8-ci yerdə qərarlaşıb.

Adriana Lima
Jurnalın təqdim etdiyi siyahıda amerikalı model Emili Ratakovski 9-cu yerin sahibi olub.

Emil Ratakovski
Siyahıda sonuncu yeri model Krissi Teyqan tutub.

Krissi Teyqan