Türkiyəli müğənni Yonca Evcimik paylaşdığı fotolarla yenidən gündəmə gəlib. 63 yaşlı sənətçinin fit görünüşü və enerjisi sosial şəbəkələrdə müzakirə yaradıb. Onun illərə meydan oxuyan görünüşü izləyicilərin marağına səbəb olub.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 90-cı illərin məşhur ifaçılarından olan Yonca Evcimik sosial media hesabında paylaşdığı fotolarla müzakirələrə yol açıb. Müğənninin formada qalması və gənc görünüşü diqqətdən yayınmayıb.
Uzun illərdir Türkiyə şou-biznesində tanınan Evcimik musiqi fəaliyyəti ilə yanaşı, rəqqasə və aktrisa kimi də məşhurlaşıb. O, xüsusilə 1991-ci ildə yayımlanan “Abone” albomu ilə böyük populyarlıq qazanıb.
Sənətçi “Çılgın Bediş” serialındakı rolu ilə də tamaşaçıların yaddaşında qalıb. Aradan uzun illər keçməsinə baxmayaraq, səhnələrdən uzaqlaşmayan Yonca Evcimik enerjisi və görünüşü ilə diqqət mərkəzində qalmağı bacarır.