Bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini "Report" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, səfirlikdə konsulluq xidməti fəaliyyətə başlayacaq. Bir həftə əvvəl səfirliyə müvafiq avadanlıq gətirilib və növbəti həftələrdə Bakıya vizaların verilməsi məsələsi ilə məşğul olacaq texniki əməkdaş gələcək.
Səfir qeyd edib ki, hazırda Meksikanı ziyarət etmək istəyən Azərbaycan vətəndaşları viza üçün Ankara və ya Moskvadakı diplomatik nümayəndəliklərə müraciət edirlər.
Viza rüsumunun məbləği təxminən 35 ABŞ dolları təşkil edəcək, multivizanın qiyməti 70 dollar olacaq.