Pakistan hərbiçiləri terrorçulara qarşı kəşfiyyat-əməliyyat tədbirləri həyata keçirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkənin bir çox bölgələrində həyata keçirilmiş anti-terrror əməliyyatları zamanı 16 terrorçu məhv edilib, 20-si isə yaralanıb.
Dekabrın 16-da “Taliban” yaraqlılarının 150 məktəblini öldürməsindən sonra adıçəkilən terror təşkilatına qarşı əməliyyatların sayı artırılıb.