"Kitabı yerə atan, vərəqlərini yandıran keçmişi məhv edir, gələcəyinin bünövrəsini dağıdır". Orta əsrlər intibahının dahisi Leonardo Da Vinçi günlərin birində Florensiya küçəsində kitabı tapdayan insanı görəndə belə demişdi.

Nizami Gəncəvi isə "kitabı yerə atan özünü o yerdə basdırır" yazırdı.

Nə yazıqlar ki, indi Bakı küçələrində zibilxanalara kitabların atılması adidən adi əməl sayılır.

Amma kitab heç zaman zibilə çevrilmir, çünki o yazanın əzabları, oxuyanın gözləntisi, anlayanın ümididir. Kitabı yerə atan, biliklərdən qurtulub xatirələrini qıfıllamaq istəyən anlamaz bunu.

Bu gün Bakıda kitabı zibilə çevirənlər var. Böyük və kiçik sovet ensiklopediyası, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Anar, Nizami Gəncəvinin kitabları Yasamal rayonu ərazisində zibilliyə atılıb.

Anar Məmmədov
Milli.Az

Foto: Elnarə Məmmədova

Yazılmayanı dəfn, yazılanı zibil edən BİZLƏR - FOTO