Tanınmamış Abxaziya: Rus hərbçilər və ermənilər arasında insident olmayıb

Tanınmamış Abxaziya: Rus hərbçilər və ermənilər arasında insident olmayıb
19:38 28 Yanvar 2015
301 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Tanınmamış Abxaziya respublikasının daxili işlər naziri Raul Lolula rusiyalı sərhədçilərin ermənilərin yaşadığı Açadar kəndinə hücum etməsi barədə yayılan məlumatları təkzib edib.

Trend-in məlumatına görə, hücumla bağlı informasiyanı "Naşa Abxaziya" saytı yaymışdı.

Nazir bildirib: "Rəsmən bəyan edirəm ki, belə hadisə baş verməyib. Bu təxribatdır".

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda rusiyalı hərbçilərin qəsəbəyə zirehli və “UAZ” tipli maşınlarla hücum etdiyi, yerli əhalinin pullarını və zinət əşyalarını götürdüyü bildirilirdi.

Hücum nəticəsində rusiyalı hərbçilər bir neçə qəsəbə sakinini döydüyü də deyilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2358267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR