Özünə od vuran sürücü ilə bağlı rəsmilər danışır

Özünə od vuran sürücü ilə bağlı rəsmilər danışır
19:47 28 Yanvar 2015
480 Sosial
Ölkə mətbuatı
A- A+

Nəqliyyat Nazirliyi (NN) Bakıda baş verən intihara cəhd hadisəsinə münasibət bildirib.
 
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov APA-ya açıqlamasında qeyd edib ki, intihara cəhd edən şəxs texniki cəhətdən nasaz avtomobillə qeyri-qanuni taksi fəaliyyəti göstərib:

"Həmin şəxsin taksi fəaliyyəti göstərilməsi barədə lisenziyası və fərqlənmə nişanı olmayıb. Bundan əlavə, həmin taksi sürücüsünün səhhətində və danışıq tərzində problemlər var. Müfəttişlər ona bu barədə dəfələrlə xəbərdarlıq edib və bu gün yenidən xəbərdarlıq edilib. Bundan sonra sürücüdən sənədləri istənilib və avtomobildə əvvəlcədən hazırladığı yanacağı öz üzərinə tökərək müfəttişlərə yaxınlaşıb.

Müfəttişlərin yanına çatdıqda kibritlə özünə od vurub. Bu zaman müfəttişlər və ərazidə olan polis əməkdaşları tərəfindən həmin şəxsin üzərində yanan hissə söndürülüb. Nəticədə həmin şəxsin və Nəqliyyat Nazirliyinin müfəttişin əli yanıb. Hər iki şəxs Yanıq Mərkəzinə yerləşdirilib”.

"Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığında özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür".

Bunu isə APA-ya Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib.
 
 
"Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır", - deyə nazirliyin rəsmisi bildirib.
 
 
N.Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.
 
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün “20 Yanvar” dairəsinin yaxınlığında Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
 
Yanıq Mərkəzindən verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR