Şamaxıda evdə partlayış baş verib, iki uşaq anası yanıb

14:52 27 Dekabr 2014
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 14:50 ]

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı şəhərində bir nəfərin ağır yanıq xəsarətləri alması ilə nəticələnən partlayış baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Şamaxı şəhərinin M.F.Axundov küçəsindəki 68 saylı mənzildə qeydə alınıb.

 

1971-ci il təvəllüdlü ev sahibi Nigar Səlim qızı Hüseynova hamam otağındakı su qızdırıcısını işə salmaq istəyərkən təbii qazın yandırılmasını düzgün yerinə yetirməyib. Nəticədə kustar üsulla hazırlanan su qızdırıcısının içinə dolan qaz alışma zamanı partlayışa səbəb olub. Hadisə zamanı iki uşaq anası N.Hüseynova bədənin müxtəlif nahiyələrinin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda N.Hüseynovanın vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR