Türkiyədən PKK-ya bayraq gözdağısı (VİDEO, FOTO)

Türkiyədən PKK-ya bayraq gözdağısı (VİDEO, FOTO)
22:41 28 Yanvar 2015
387 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının Suriyanın Kobani şəhərindən geri çəkilməsindən sonra Türkiyə sərhədə nəhəng türk bayrağı sancıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kobaninin PKK-nın Suriya qanadı olan YPG-nin nəzarətinə keçməsi səbəbindən yaşanan sevinc nümayişlərini tənqid edib: "Bu gün baxırıq, maşallah ikili oynayırlar. Nə imiş, DEAŞ (İŞİD-red) oradan çıxmış. Tamam. Bəs o bombaladığınız yerləri kim düzəldəcək".

Kobaninin Türkiyə ilə sərhədin sıfır nöqtəsi olan Şanlıurfa'nın Suruç rayonunun Mürşitpınar yaşayış məntəqəsində 40 metr yüksəkliyindəki dirəyə 8X12 metr ölçüsündə türk bayrağı asılıb

Qeyd edək ki, sərhəddə əvvəllər asılan türk bayrağı Kobanidə gedən döyüşlər səbəbindən çıxarılmışdı.















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR