Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Süleymanzadə tutulub.

O, iyunun 2-də Adil Qurbanovun 12000 manatını dələduzluq yolu ilə almaqda təqsirli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az