[ 11 Sentyabr 2015 14:20 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Tahir Ağayevin apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə T. Ağayevin apellyasiya şikayəti təmin olunub. Onun cəzası 6 il 9 aydan 4 il 6 aya endirilib.
Qeyd edək ki, T. Ağayev ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, bu il yanvarın 7-də isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini almaqda təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Ağayev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.