“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, oktyabr ayında “WoWoman Tex-Tex Xanım” təşkilatının təşəbbüsü ilə “IT Journey” layihəsi başlanacaq.
Bu gün artıq müraciət ərizələrinə baxış prosesi yekunlaşıb və “Tex-Tex Xanım” çərçivəsində gələn ay start veriləcək “IT Journey” layihəsinə 40 nəfər namizəd seçilib.
Seçilmiş namizədlər sentyabr ayının 25-nə kimi e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılacaqlar.
Bununla yanaşı, bütün namizədlər və İT sahəsində maraqlı olan xanımlar üçün sentyabrın 19-da Yüksək Texnologiyalar Parkında tədbir keçiriləcək.
Tədbirdə kursların Cədvəl və Tədris Proqramı, İT sahəsi üzrə Mühazirə və Proqram Təminatının Təkmilləşdirilmə üzrə “Workshop”-la bağlı dəyərli məlumatlar təqdim ediləcək.
Aynur Vəliyeva