Füzuli, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunun Əhmədbəyli kəndində inşa edilən musiqi təmayüllü gimnaziyanın binasında tikinti işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zallarından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir. Gimnaziyanın binasında fizika, kimya, biologiya kabinələri və laboratoriyalar, 3 komputer otağı, kitabxana, yeməkxana, idman, akt və musiqi zalları yaradılıb, istilik və müşahidə sistemi quraşdırılıb. İnventar və avadanlıqlar gətirilib. Həyətdə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, futbol meydançası yaradılıb.
Gimnaziya binasının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.