Universitetdən ANS PRESS-ə verilən məlumata görə, açılışda universitetin rektoru, professor İbrahim Cəfərov bildirib ki, yeni korpusun ən yüksək standartlara cavab verən binasında müasir avadanlıqla təchiz olunan auditoriyalar fəaliyyət göstərir.
Həmçinin yeni korpusda müəllim və tələbələrin istifadəsi üçün sürətli internet şəbəkəsi quraşdırılıb. Bütün auditoriyalar və inzibati iş yerləri kompüterlə təmin olunub. Korpusun konfrans zalında tədris ilinin ilk Elmi Şurası keçirilib.
Yığıncaqda yeni dərs ilinə hazırlıq, universitet və fakültə elmi şura üzvlərinin say tərkibinin müəyyənləşdirilməsi, struktur dəyişikliyi və cari məsələlər müzakirə edilib.

