Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda bir sıra siyasi partiyaların və "Azadlıq-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri qeydə alınıb.

Belə ki, Demokraik İslahatlar Partiyasının 6, "Azadlıq-2015" blokunun 11, Müsavat Partiyasının 20, Azərbaycan Demokrat Partiyasının isə 6 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bundan əlavə, "Azadlıq-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Cəmaləddin Ağayev, Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndəsi Ülkər Abdullayevanın səlahiyyətli nümayəndə statusu təmsil olunduqları təşkilatların müraciətləri əsasında ləğv edilib.

İclasda, həmçinin noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az