İşçiləri əmək haqqı azlığından intihar edən şirkət ixtisarlara başlayıb

İşçiləri əmək haqqı azlığından intihar edən şirkət  ixtisarlara başlayıb
09:46 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çində əmək haqlarının artırılması və satış həcmlərinin azalması nəticəsində ən iri elektronika istehsalçısı “Taiwan Foxconn Technology Group” və təchizatçı “Apple Inc” şirkətləri çoxlu sayda işçi ixtisara salmaq niyyətindədirlər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Hon Hai Precision Industry Co Ltd” flaqman bölməsinin işçilərinin sayı 1,3 milyon təşkil edir, bu da şirkəti dünyanın ən nəhəng iş təminatçısı edir.
 
Şirkətin sədr köməkçisi Luis Vu ixtisarın səbəbini və vaxtını bildirməyib. Lakin deyib ki, işçilərin özünə qəsd etmə hallarının tez-tez müşahidə olunduğu 2010-cu ildən etibarən əmək haqları iki dəfədən çox artıb.
 
Son on il ərzində şirkətin “Apple” şirkəti üçün istehsal etdiyi smartfon, planşet və fərdi kompüterlərin populyarlığı artır və gələcəkdə bu tendensiyanın davam edəcəyi gözlənilir.
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35014-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR