Bakı, 14 sentyabr, Flora Şükürova, AZƏRTAC
İyunun 14-də "Müasir İnkişaf" İctimai Birliyinin (İB) onillik fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan İB-nin idarə heyətinin sədri Mübariz Göyüşlü təmsil etdiyi qurum haqqında geniş məlumat verib.
Bildirilib ki, İB-nin yaradılmasında və fəaliyyətinin genişləndirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun qurucusu Rövşən Mustafayevin böyük xidmətləri olub.
M.Göyüşlü deyib ki, qurumun fəaliyyətin əsasında azərbaycançılıq ideyalarının, mənəvi dəyərlərin təbliği, türk dünyasına inteqrasiya kimi mühüm məsələlər durur. O, ötən müddət ərzində həyata keçirilən layihələrdən söz açıb. Bu layihələr nəticəsi olaraq "Azərbaycan milli kimliyi" kitabı və üç konsepsiya hazırlanıb.
Digər çıxış edənlər "Müasir İnkişaf" İctimai Birliyinin on illik fəaliyyətini yüksək qiymətləndiriblər.
Hesabat konfransında görüləcək işlər və qarşılıqlı əməkdaşlıqla bağlı maraqlı təkliflər səsləndirilib.