Yanğınsöndürəndir, bodibilderdir, 170 kiloqramlıq ştanqı asanlıqla qaldırır, dəmir əzələlidir...
Bu sözlər hansısa cüssəli kişi barədə yox, 4 övlad anası olan qadın barədədir.
Onun çəkisi 76,7 kiloqram, boyu isə 170 santimetrdir.
Şotlandiyada yaşayan Lorna Biggem peşəkar bodibilderdir. Dediyinə görə, bətnində dördüncü övladı olanda, hamiləliyin 9-cu ayında belə, zalda məşq edirdi.
Uşaq dünyaya gələndən 6 həftə sonra Lorna yenidən məşqlərə başlayıb.
Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, gündə 4 min kalori həcmində qidalanan L.Biggemin əri də bodibilderdir.
O, "British Female Bodybuilding Finals" çempionatına qatılıb və qalib gəlib.
Cənubi Lanarkşir qraflığındakı Hemilton şəhərində yaşayan Lorna deyir: "Bodibildinqi çox sevirəm və həmişə daha yaxşı nəticələr göstərməyə çalışıram. Özümü heç zaman yaxşı hesab etmirəm, daim irəliləməyə çalışıram. Dördüncü övladıma hamilə olanda həkimlər məşqləri dayandırmağımı istədilər. Amma məşqlərdən əl çəkmədim, çünki özümü əla hiss edirdim".
14 ildən bəri yanğınsöndürən işləyən Lornanın sözlərinə görə, qızı Kuinn normal doğuldu. Kuinnin indi bir yaşı var.
Lornanın əri, 32 yaşlı Stiven də bodibilderdir.
Bu səbəbdən "əzələli qadın" hər səhər 05.30-da yuxudan durur, ərini işə, uşaqlarını məktəbə yola salmaq üçün hər ailəli xanımın gündəlik "mərasim"lərini yaşayır.
Ailənin övladları Rid, Teylor, Kuinn və Marli analarını çox sevdiklərini, onunla fəxr etdiklərini deyirlər.
2001-ci ildə qadınlardan ibarət futbol komandaları arasındakı matçda ayağından zədələnmiş Lorna sağ diz qapağından travma almışdı.
Travmanın sonuclarını və fəsadlarını aradan qaldırmaq üçün zala yollanan, məşq etməyə başlayan Lorna Biggem sonradan bodibildinqə alışıb.
"Qadınların bodibildinqlə məşğul olmalarına yaxşı baxmırlar və deyirlər ki, heç bir qadın kişi təki uğur əldə edə bilməz. Belələrinin nə qədər yanlış düşündüklərini anlamaları üçün vücuduma baxmaları yetər. Bodibildinq mənə gümrah, sağlam qalmağa imkan verir", - Lorna söyləyib.

Milli.Az

4 uşaq anası, 40 yaşlı qadın kişilərə meydan oxuyur - VİDEO - FOTOфото

4 uşaq anası, 40 yaşlı qadın kişilərə meydan oxuyur - VİDEO - FOTO