Sentyabr ayının 17-də ən yaxşı kinoteatr "28 Cinema" və ən yaxşı klub "Enerji" birgə "128 BPM" (BEAT PER MINUTE) adlı super tədbir təşkil edəcəklər
Sentyabr ayının 17-də "Dəqiqədə 128 ürək döyüntüsü" filminin nümayişlərinə start verilir. Filmdə baş rolu qızların sevimlisi Zak Efron oynayıb. Filmdə hadisələr Hollivudda cərəyan edir. 23 yaşlı Koul adlı dj gecə-gündüz bütün dünyanı "partladacaq" trekinin üzərində işləyir...
Sentyabr ayının 17-də bütün klub həvəskarlarını və kinomanları xoş bir sürpriz gözləyir. Bu gecə siz ikiqat zövq ala bilərsiz. "Enerji" klubda saat 20:00-da baş tutacaq ruhlandırıcı əyləncə gecəsində sizin üçün DJ Ayzk, Dj Ed, Dj Rimas, Dj Ruido Loco musiqi müşayiəti edəcəklər. Saat 00:00-da isə "28 Cinema" kinoteatrında "Dəqiqədə 128 ürək döyüntüsü" filminin nümayişi keçiriləcək.
Həmin gecə siz dj-lərin həyatı haqqında maraqlı əhvalatdan həyəcan və çoxlu xoş təəssüratlar alacaqsınız. Film sizə necə öz məqsədinə doğru getməyi və öz işindən həzz almağı göstərəcək.
Yerlərin və dəvətnamələrin sayı məhduddur. Ətraflı məlumat əldə etmək üçün +994 50 700 7057 nömrəsinə zəng edin.
Bu payızın ən ruhlandırıcı tədbirində iştirak etməyə tələsin!
İnformasiya dəstəyi: Trend, Day.Az, Milli.Az
