Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda gecə vaxtı yolda iki nəfəri bıçaqlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Faktla bağlı istintaq davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az