Bakı, 16 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt, Qobustan, Sahil və Qızıldaş qəsəbələrində keçirilib.
Səyyar xidmət zamanı ümumilikdə 415 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib.