x
Loading...
.

Tofiq Bəhramovun yubileyinə həsr olunan yoldaşlıq oyunu keçirilib

16:02 29 Yanvar 2015
529 İdman
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 15:56 ]


Bakı – APA. Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubileyinə həsr olunan yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin veteranları ilə hakimlərdən təşkil olunmuş komanda üz-üzə gəlib.

 

Qarşılaşma Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında baş tutub. Görüşü Hümmət Məmmədov idarə edib.

 

Məhsuldar alınan qarşılaşmada tamaşaçılar 15 qol görüb. Belə ki, veteran futbolçular ədalət təmsilçilərini böyük hesabla məğlub ediblər – 10:5.

 

Görüşü izləyənlər arasında yubiley tədbirlərində iştirak üçün dəvət olunan qonaqlar - sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) da olub.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR