Play Store

Azərbaycanlı investorlar İranda daha çox hansı sahələrə sərmayə yatırırlar?

Azərbaycanlı investorlar İranda daha çox hansı sahələrə sərmayə yatırırlar?
16:03 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanlı investorlar son illər İranda əsasən neft və neft-kimya, mənzil tikintisi, tikinti materiallarının istehsalı sahələrinə sərmayə yatırıblar. Trend-in məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia deyib.

Ə.Tayebnia bildirib ki, Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün heç bir məhdudiyyət tanımırıq: "Azərbaycanlı investorlar İranda mədən, sənaye və digər sahələrdə də mövcud olan geniş potensialdan istifadə edə bilərlər".

O, qeyd edib ki, azərbaycanlı investorların İranda sərmayə yatırması haqqında onlarda dəqiq statistika yoxdur: "Lakin son illərdə Azərbaycan investorlarının İranda sərmayə yatırmaqda maraqlı olduqları müşahidə olunur. Xüsusilə Azərbaycanla sərhəd bölgələrində yerləşən Araz azad iqtisadi zonası və Maku ticarət zonasında sərmayə yatırmaqda maraqlıdırlar".

Nazir deyib ki, İran Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli əsasda sərmayələr yatırmaqda maraqlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2358583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR