Cəbhə xəttində iki erməni hərbçi yaralandı

Cəbhə xəttində iki erməni hərbçi yaralandı
16:14 29 Yanvar 2015
352 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Cəbhə xəttində iki erməni hərbçi yaralanıb.


 

APA-nın Ermənistanın «razm.info» hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb.

 

Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır.

 

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 17 hərbçisi öldürülüb, 20 nəfər yaralanıb. Həmçinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparan Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı vurulub.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR