Oxucu Vaqif Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub - FOTO

Oxucu Vaqif Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub - FOTO
16:32 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:28 ]

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb.

APA-nın məlumatına görə, şairin oxucularından biri, gənc xanım V. Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub. Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:

 

“Məzarıma

 

nə başdaşı qoyun,

 

nə heykəl.

 

Bir cüt ayaqqabı qoyun,

 

ayağıyalın

 

geyib getsin...”

 

Oxucunun sevimli şairinə jesti vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova isə “bu, əsl oxucu sevgisidir” deyib.

 

Qeyd edək ki, V. Səmədoğlu dünən səhər saatlarında dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR