“AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları” qəzanı tam təsvir etməyə imkan verir

“AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları” qəzanı tam təsvir etməyə imkan verir
16:48 29 Yanvar 2015
477 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 29 yanvar, AzərTAc
“AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları” Yava dənizi üzərində laynerin qəzaya uğramasının səbəbləri barədə tam təsəvvür yaradır. Bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Komitəsinin nümayəndəsi Marcono Sisvosuvarno məlumat verib.
Onun sözlərinə görə, qəza ərəfəsində təyyarəni ikinci pilot idarə edib. Bu zaman aerobus tam qaydasında olub və heyət uçuşa buraxılıb.
Xatırladaq ki, Surabayadan Sinqapura uçan təyyarə ötən il dekabrın 28-də havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranlarından itib. Kalimantan adaları rayonunda dispetçerlərin heyətlə əlaqəsi kəsilib. Təyyarənin göyərtəsində 162 nəfər olub. Xilasedicilər təyyarənin parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AirAsia_sirketine_mexsus_teyyarenin_qara_qutulari_qezani_tam_tesvir_etmeye_imkan_verir-828371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR