Gecənin dəlisi gecə klubunda... (FOTO)

Gecənin dəlisi gecə klubunda... (FOTO)
17:51 29 Yanvar 2015
493 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Günay İbrahimli konsert verəcək.

İfaçının prodüseri ANS PRESS-ə verdiyi məlumata görə, mahnıları ilə seçilməyi bacaran ifaçı "Dəlisiyəm gecənin" adlı konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək. Konsert paytaxtın gecə klublarının birində baş tutacaq.

Tamilla Hüseynəliyeva 14 fevralda nəzərdə tutulmuş gecədə bir çox sürprizlər yaşanacağını deyir:

"Hər zaman fərqli görsənməyə üstünlük verən Günay konsertdə də fərqli libaslarda olacaq. Stilist və vizajistlər ilə onun üçün xoşladığı bir obraz yaratmışıq. Klub formatı olduğuna görə, səhnəyə çıxışı, geyimləri bir sözlə bütün konsertin formatı möhtəşəm olacaq. Bunun üçün çox gözəl planlarımız var, bunları sözlə demək olmur gərək gəlib görəsiniz".

Prodüser bundan əlavə olaraq qeyd edib ki, hər mahnının özünə məxsus rəqsləri və effektlər olacaq.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=322697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR