Uşaqlar üçün “Sehrli üzük” (FOTO)

Uşaqlar üçün “Sehrli üzük” (FOTO)
21:46 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın daha bir tamaşanı təqdim etdi.

ANS PRESS-in məlumatına görə, Azərbaycan xalq nağılı “Sehrli üzük”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirməsində hazırlanan eyniadlı tamaşa daxili baxışdan keçməklə tamaşaçıların ixtiyarına verildi.

Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbənin nümayişi kimi maraqlı detal zənginliyi ilə diqqəti cəlb edə bilib.

Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləcə bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.

Uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

Tamaşada rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR