Bakı, 21 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bu ilin avqust ayında vergi növləri ilə bağlı daxil olan 1036 müraciətin 995-i Azərbaycan dilində, 39-u rus dilində, 2-si ingilis dilində olub, onlara müvafiq vergi növü barədə mətn səsləndirilib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergi borcu barədə verilən məlumatların 2633-ü Azərbaycan dilində, 106-sı rus dilində, 9-u isə ingilis dilində olub. Vergi ödəyiciləri hesabat ayında 252072 sayda mesaj göndərilməklə məlumatlandırılıb.