Milli.Az xəbər verir ki, tamaşaçıların Lider TV ekranlarında izlədikləri "Həyat tərzi" verilişinin həftənin ilk gününə təsadüf edən canlı yayımı maraqlı məqamlarla yadda qalıb.
Lamiyyə Ələkbərqızının adı ilə bağlı olan verilişdə əsas diqqət teleaparıcı Lalə Əlimuxtarovanın 1 yaşını qeyd edən qızı Melisin üzərinə yönəlib. Sözügedən telekanalda "Ay ev yiyəsi" verilişinə aparıcılıq edən Lalə övladına göstərdiyi qayğı, eləcə də işinə olan sevgisindən məmnunluqla söhbət açıb.
Studiyaya dəvət olunan qonaqlar - Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova, müğənni İzzət Bağırzadə və tanınmış stomatoloq Çeşmə Hüseynova "Qadın həyatdan nə istəyir" mövzusu ətrafında faydalı fikir mübadiləsi aparıblar.
Bu gündən etibarən proqramda daha bir yenilik edilib. Tamaşaçılara fürsət verilib ki, göstərilən telefon nömrəsinə zəng vurmaqla məşhur qonaqlara olan sevgilərini və suallarını dilə gətirsinlər.
"Həyat tərzi" verilişi həftə içi 5 gün maraqlı buraxılışı ilə efirdə yayımlanır. Proqramı saat 14.30-dan 16.00-dək Lider TV-nin canlı yayımında izləyə bilərsiniz.
Verilişin informasiya dəstəyi Trend, Day.Az və Milli.Az-a məxsusdur.
Şahin Cavadsoy
Milli.Az



