Bakı, 22 sentyabr, AZƏRTAC
“NIKOIL Bank”ın alpinistlərdən ibarət komandası Savalan zirvəsini fəth edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “NIKOIL Bank”ın tərkibində 6 nəfər alpinistdən ibarət komanda İranın şimal-qərbində, Ərdəbil şəhərinin yaxınlığında yerləşən Savalan zirvəsinə uğurlu yürüş həyata keçiriblər.
Zirvə dəniz səviyyəsi üzərindən 4821 metr hündürlükdə yerləşir. Mülayim hava şəraitindən istifadə edərək idmançılarımız zirvədə Azərbaycan bayrağını qaldırmağa müvəffəq olublar. Alpinistlər zirvəni fəth etmək üçün 7,5 saat sərf ediblər.