Bakı, 22 sentyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə siyasəti və islahatlar şöbəsi müdirinin müavini Nabil Seyidov Romada yerləşən Sapienza Universiteti tərəfindən təşkil olunmuş “Sistematik təhlil və meta-analiz” mövzusunda yay məktəbində iştirak edib. Bu barədə AZƏRTAC-a İSİM-dən məlumat verilib.
Yay məktəbində Avropadan olan 17 mütəxəssisə ictimai səhiyyə, habelə kardiologiya, infeksion xəstəliklər və s. sahələr üzrə elmi tədqiqatların aparılması, klinik tədqiqatların və elmi məqalələrin metodoloji keyfiyyətinin qiymətləndirilməsi, tədqiqatların və genetik araşdırmaların meta-analizi, kompyuter proqramlarından istifadə etməklə sistemli təhlillərin aparılması tədris olunub.
Yay məktəbi çərçivəsində keçirilən praktiki seminar-məşğələlər Avropanın səhiyyə sahəsində tanınmış mütəxəssisləri tərəfindən aparılıb.