“Ermənilər rahat dayanmır”

“Ermənilər rahat dayanmır”
04:06 30 Yanvar 2015
527 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələrinin suallarını cavablandırıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT 1” və “TRT Haber” ortaq canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən müxtəlif məsələlərə aydınlıq gətirib.

R.T.Ərdoğan erməni diasporunun fəaliyyətindən də söz açıb: “Erməni diasporu rahat dayanmır. Onlar yenə aranı qarışdırmağa, qurdalamağa davam edərək Türkiyəni münaqişənin içinə sürükləməyə, öz xeyirlərinə işlər görməyə çalışırlar”.

Türkiyə prezidenti bunun yolverilməz olduğunu nəzərə çatdırıb.

“Kimlərinsə sifarişi ilə “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Biz deyirik ki, bu məsələdə əgər səmimisinizsə, doğru olduğunuza inanırsınızsa, bunu tarixçilərin öhdəsinə buraxaq. Tarixçilər bu mövzuda işləsinlər” – deyə R.T.Ərdoğan sözlərinə əlavə edib.

Qeyd edək ki, Ermənistan iddiasında 1915-ci ildə Osmanlı imperiyası qüvvələriin 1,5 milyon ermənini öldürdüyünü iddia edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR