Davudoğlunun müavinindən yaponca tvit (FOTO)

Davudoğlunun müavinindən yaponca tvit (FOTO)
05:46 30 Yanvar 2015
497 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan Şanlıurfada qəza nəticəsində dünyasını dəyişən yapon jurnalist üçün sosial şəbəkədə yapon dilində tvit yazıb. ANS PRESS-in məlumatına görə, Akdoğan tvitində yapon xalqının kədərini paylaşdığını ifadə edib.

“22 ildir ölkəmizdə yaşayan jurnalist Kazumi Takaya keçirdiyi yol nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Qohumlarının və yapon xalqının kədərini paylaşırıq”.

Akdoğanın yaponca yazdığı tvitdə, “Dinclik içərisində istirahət etməsi üçün dua edirik” yazdığı bildirilib.

Xatırladaq ki, İŞİD terror qruplaşmasının iordaniyalı pilot və yapon jurnalisti azadlığa buraxacağı barədə xəbərlərin yayılmasından sonra bölgəyə gedən əcnəbi jurnalistlərə tərcüməçilik edən Takaya Şanlıurfa – Akçakale magistralında keçirdiyi qəzada dünyasını dəyişib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR