Braziliyada avtobusun dərəyə yuvarlanması nəticəsində 8 nəfər ölüb, 21 nəfər yaralanıb

00:17 28 Dekabr 2014
47 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 00:16 ]

Bakı-APA. Braziliyanın Vitoriya şəhəri yaxınlığında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, salonunda 31 sərnişinin olduğu  Portu Sequru – Rio de Janeyro marşrutu üzrə hərəkət edən avtobus 40 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan 13 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.   

 

Sağ qalan avtobus sürücünün sözlərinə görə, qəza yük maşının qəfil avtobusun qəfir zolağına çıxması nəticəsində baş verib. Sürücü toqquşmadan yayınmaq üçün avtobusu yolun kənarına çəkərkən dərəyə yuvarlanıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR