İngiltərə yığması və "Tottenhem Hotspur"un oyunçusu Andros Taunsendi sevgilisi özü də bilmədən qorxudub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, WhatsApp vasitəsilə Androsla yazışan model Heyzel O-Sallivan bildirmişdi: "Xəbərin var ki, peşəkar davranmamağın və məşqlərdə komanda üçün yetərli olmamağın barədə yazırlar? Twitter-də belə deyirlər".
Futbolçu narahat olub, "Mən? Yetərli deyiləm? Harada yazırlar?" soruşanda Heyzel ona foto göndərib.
Sən demə, foto məşhur "Football Manager" proqramından çəkilib.
Taunsend gülüb, amma sonradan durum barədə "Football Manager"in texniki xidmətinə məktub yollayaraq iradını bildirib.
Milli.Az












