[ 27 Sentyabr 2015 00:41 ]
Türk Şurasının İstanbuldakı mərkəzi qərargahından APA-ya daxil olmuş məlumatda bildirilir ki, Qazaxıstanın BMT-dəki daimi nümayəndəliyinin ofisində keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmmədyarov, Qazaxıstan xarici işlər naziri Erlan İdrissov, Qırğızıstan xarici işlər naziri Erlan Abduldayev, Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu və Türk Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər.
Türk Şurasının BMT-də “müşahidəçi qurum” statusu əldə etməsi üçün görülən işlərin və atılacaq addımların müzakirə edildiyi görüşdə baş katib Ramil Həsənov, rəhbərlik etdiyi təşkilatın digər beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə nazirlərə ətraflı məlumat verib. Xarici işlər nazirləri ikitərəfli görüşlərdə Türk Şurasının fəaliyyəti ilə bağlı məsələlərin koordinasiyalı şəkildə müzakirə edilməsinə dair razılığa gəliblər.
Görüşdə Türk Şurasının layihə direktorları Əli Çivilər, Yedil Mirzaxanov və protokol müdiri Əmrə Yurdaqul da iştirak ediblər.