Konqoda şaxtada 15 fəhlə ölüb

02:22 28 Dekabr 2014
48 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 02:19 ]

Bakı-APA. Konqonun cənub-şərqində qeyri-qanuni fəaliyyət göstərən mədəndə 15 şaxtaçı ölüb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, insident Kolvezi şəhərində mis və kobalt mədənində baş verib.

 

Məlumata görə, yerin altında 20 metr dərinlikdə çalışan şaxtaçılar havasızlıqdan boğulublar. Mənbə bəzi cəsədlərin üzərində  yanıq xəsarətlərinin də olduğunu  bildirib.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR