Bakı. 28 sentyabr. REPORT.AZ/ Qazaxıstan Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanda olan ənənəvi taxıl satışı bazarlarında mövqelərini möhkəmləndirməkdə maraqlıdır.
"Report" Özbəkistanın "Vesti" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan perspektivli Avropa və Türkiyə bazarlarına taxıl ixracını artırmaqda maraqlıdır. Eyni zamanda, ölkə hazırda Avropa istiqamətində taxıl terminalları inşa etməyi planlaşdırmır.
Qazaxıstanda orta illik taxıl istehsalı son 10 ildə 17,4 milyon tona çatıb. Bu il 17,3 mln. ton taxıl əldə olunacağı proqnozlaşdırılır.