ATƏT-in fəaliyyətdə olan sədri təmas xəttindəki vəziyyətdən "narahat" olduğunu bəyan edib
Paylaş
36 baxış·1 dəq oxu
Bakı. 28 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, ölkənin xarici işlər naziri İvitsa Daçıç Nyu-Yorkda Ermənistanın xairici işlər naziri Edvard Nalbandyanla görüşüb. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan həmsədri təmas xəttindəki gərginliyin artmasından "narahat" olduğunu bildirib.