“ASAN xidmət” vətəndaşlara bir gün ərzində yaşayış yeri üzrə arayış verilməsinə başlayır

12:17 29 Sentyabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:12 ]


Bakı - APA. Sabahdan Azərbaycanda bir gün ərzində vətəndaşlara yaşayış yeri üzrə arayış verilməsinə başlanacaq. 

 

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin kollegiyasının bununla bağlı qərarı sentyabrın 30-dan qüvvəyə minir. Kollegiya “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış”ın formasının təsdiq edilməsi barədə qərar verib.

 

Arayış forması “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” prezidentin 2015-ci il 31 avqust tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə təsdiqlənib. 

 

Fərmana əsasən Azərbaycanda 1 gün ərzində vətəndaşlara yaşayış yeri üzrə arayış verilməlidir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi üçün arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb olunmadan hazırlanması və  arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi təmin edilməlidir. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması təmin olunmalıdır. Daxili İşlər Nazirliyi isə bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, bununla bağlı xidmətin “ASAN xidmət” mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etməlidir. Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etməlidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR