Həsən Həsənovun “Девичья башня” kitabının kitabxanalara hədiyyə edilməsinə həsr olunmuş tədbir keçirilib

13:52 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:50 ]


Bakı. Cavid Zeynallı – APA. Yazıçılar Birliyində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun rus dilində çap olunan “Девичья башня” kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə edilməsinə həsr olunmuş tədbir keçirilib. 

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca və başqaları iştirak edib. 

 

Anar “Девичья башня” kitabının çapını Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, kitabda Qız Qalası haqqında fundamental araşdırma aparılıb. Ə. Vəliyev kitabın Azərbaycan dilində də çap ediləcəyini diqqətə çatdırıb: “Sevinirəm ki, Azərbaycan tarixini, Qız Qalasının tarixini düzgün və obyektiv araşdıran bu cür sanballı kitabımız var. Bu tipli kitablara böyük ehtiyac duyuruq. Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan böyük kitabxanalara göndəriləcək və inanıram ki, oxucular arasında böyük maraqla qarşılanacaq”.

 

Təqdimat mərasimində müəllif kitabın yaranması ilə əlaqədar düşüncələrini bölüşüb, istifadə olunan mənbələrdən, Qız Qalasının tarixindən danışıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR