Kreml İrəvana qarşı çıxdı

Kreml İrəvana qarşı çıxdı
13:46 29 Sentyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ermənistan sərhdində gərginlik pik həddə çatıb. Təkcə sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə cəbhə xəttində baş verən atışmalarda ordumuzun 3 hərbi qulluqçusu şəhid olub.

ANS PRESS-in məlumatına görə, Ermənistan Silahlı bölmələri atəşkəsi pozaraq iriçaplı silahlar, o cümlədən 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan və pulemyotlardan Azərbaycan mövqelərini atəşə tutur.

Beynəlxalq görüşlər ərəfəsində qarşı tərəfin qoşunların təmas xəttində aktivləşməsi artıq adi hala çevrilib. Dağlıq Qarabağ münaqişəsində müəyyən qüvvələrin Azərbaycanın maraqlarını nəzərə almaq istədiyini hiss edən Ermənistan cəhbə xəttində vəziyyəti gərginlikdə saxlamağa çalışır. Politoloq Fikrət Sadıqov belə hesab edir.

Siyasi şərhçi ANS PRESS-ə açıqlamasında münaqişənin həllinin Rusiyanın əlində olduğunu deyib.

“Rusiya Azərbaycanla münasibətləri yaxşılaşdırmaq fikrindədir. Hər kəsə məlumdur ki, münaqişənin həlli Rusiyanın əlindədir və bu ölkədən çox şey aslıdır. İki ölkənin yaxınlaşması isə Ermənistanın maraqlarına zərbə vurur. Çünki erməni tərəfi bilir ki, bu yaxınlaşmanın fonunda Rusiyanın hərbi və siyasi dəstəyindən məhrum ola bilər”. –deyə politoloq bildirdi.



Politoloq gərginliyin yaranmasının digər səbəbini isə BMT Baş Assambleyasının 70-ci sessiyası ilə əlaqələndiridi. Fikrət Sadıqovun sözlərinə görə, qarşı tərəf həmişə sübüt etməyə çalışır ki, Azərbaycan işğalçı dövlətdir və olunla normal qonşuluq münasibətlərində yaşamaq mümkün deyil.

“İndi isə Ermənistan rəsmiləri bu imkanı beynəlxalq sessiyada əldə edib. Çünki BMT-nin iclasında Ermənistanın Xarici İşlər naziridə çıxış edəcək. Eduard Nalbandyan çıxışı zamanı Azərbaycan tərəfini günahlandırmağa bir bəhanə tapmalıdır. Bunun üçün isə bir tərəfdən cəhbədə vəziyyəti gərginləşdirlər, digər tərəfədən BMT-də gərginliyi Azərbaycan tərəfinin üstünə atmağa çalışlar.”


Fikrət Sadıqov-Politoloq


Xarici İşlər naziri Elmar Məmmədyarovda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşündə Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməllərindən danışarkən qeyd edib ki, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.

Amma dünya liderləri bu təhdidlərdən istifadə etməklə regionları öz nəzarətlərində saxlamaqla və münaqişə tərəflərinə silahla təmin etməklə milyollarla dollara əldə edirlər. Digər regionlarda olduğu kimi üz-üzə gələn dünya gücləri Qafqazda da baş verən gərginlikləri özlərinə sərf edən formada yönlədirməyə çalışırlar. Yaxın Şərqdə, Suriyada , Əfqanıstanda , Ukraynada olduğu kimi Dağlıq Qarabağ münaqişəsi də təkcə iki ölkənin torpaq uğrunda müharibəsi çərçivəsindən çıxır, beynəlxalq siyasi arenada təsir uğrunda güclərin yoxlanılması üçün meydana çevirilir.

Böyük dövlətlər gərginliyi yatırmaq əvəzinə sadəcə bəyanatlarla kifəyyətlənir. ABŞ -ın Azərbaycandakı səfiri Robert Sekutada münaqişәnin hәll edilmәsi üçün tәrәflәr birgә işlәmәyə çağırıb.

“Azərbaycan və Ermənistan qoşunlarının tәmas xәttindә baş verən hadisәlәr bizi narahat edir. ABŞ tәrәflәri bir araya gәlәrәk problemi danışıqlar yolu ilә hәll etmәyә çağırır. Bu günlәrdә cәnab Uorlik hәr iki ölkәnin xarici işlәr nazirlәrinin görüşünü tәşkil etdi. İlin sonunadək prezidentlәrin görüşünün tәşkil ediləcəyinә ümid edirik. Son yaşanan gәrginlik xalqların arzuladığı vә ölkә rәhbәrlәrinin münaqişәnin sülh yolu ilә hәlli barәdә bәyanatları ilә üst-üstә düşmür”.-deyə səfir bildirib.


Şəhid olan əsgərimizin dəfn mərasimi


2014-cü ildə isə 20 ili tamam olan atəşkəsin ildönümündə ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları bəyanatda tərəflər arasında əldə olunan razılaşmanın əsl müharibəyə son qoyduğunu və sonrakı illərdə faciəli zorakılıqları dayandırdı, tərəflərə sülh təklif edən danışıqların əsasını qoyduğu bildirilirdi.

“Əldə olunan barışıq sayəsində ermənilərin və azərbaycanlıların yeni nəsilləri müharibənin dəhşətlərini bilmədən böyüdülər. ...Biz bu münaqişəyə dair ümumi mövqeyimizi bölüşürük və əvvəlki kimi, tərəflərə Helsinki Yekun Aktının xüsusilə güc tətbiq edilməməsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmək hüququnun aid olduğu əsas prinsipləri və BMT Nizamnaməsi əsasında qısa müddətə sülhə nail olunmasında yardım etməyə sadiqik. "-həmsədrlərin bəyanatında belə deyilir.

Minsk qrupu belə bəyanatlar versədə gərginliyin bu qədər artması 20 ilidən çoxdur davam edən atəşkəs rejimini şübhə altına alır. Artıq tərəflər iri çaplı silahlardan və digər ağır texnikadan istifadə edir.



İşğal olunmuş Azərbaycan əraziləri


Ermənistan tərəfi ilk dəfə deyil ki, cəhbə xəttində gərginliyi pik həddə çatdırır. Keçən ilin iyul-avqust aylarında cəhbə xəttində eyni proseslər baş vermişdi. İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Cəbhədə şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. O, zaman Azərbaycan ordusu 8 şəhid verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR