“CBC Sport” peyksiz yayıma başlayır

“CBC Sport” peyksiz yayıma başlayır
14:57 29 Sentyabr 2015
136 İdman
Ölkə mətbuatı
A- A+

CBC kanalı oktyabr ayının 1-dən test rejimi ilə yayıma keçəcək. Bu barədə məlumatı “Qafqazinfo”ya AFFA-nın baş katibi Elxan Məmmədov verib. 


Qurum rəsmisi bildirib ki, CBC və “CBC Sport” peyksiz baxmaq mümkün olacaq: “Milli Televiziya və Radio Şurasının sentyabrın 8-də keçirilmiş növbəti iclasında “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib və oktyabrın 1-də bu kanal test rejimində mütəmadi yayıma başlayacaq”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cbc-sport-peyksiz-yayma-balayr-t44437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR