Öncə Qurban Qurbanov, sonra rəqibin baş məşqçisi...

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

"Qarabağ"ın baş məqçisi Qurban Qurbanov və bir futbolçu 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq. "Anderlext"in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.

"Qarabağ"ın açıq məşqi 18:30-da Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 18:45-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

"Qarabağ":

Mətbuat konfransı - 15:00 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 18:30 – ("Qarabağ"ın bazası, Suraxanı qəsəbəsi)

"Anderlext":

Mətbuat konfransı - 19:30 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 20:00 (T. Bəhramov adına Respublika stadionu)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR