Yol polisinə müqavimət göstərən şəxs həbs edildi

Yol polisinə müqavimət göstərən şəxs həbs edildi
16:39 29 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam sakini polisə müqavimət göstərdiyi üçün həbs edilib. Lent.az-ın məlumatına görə, sentyabrın 24-də Ağcabədiyə toya gəlmiş Ağdam rayonunun Baharlı kənd sakini, 1987-ci il təvəllüdlü Balakişiyev Mahir Tahir oğlu sərxoş vəziyyətdə “VAZ- 21099” markalı avtomobili idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Bu zaman M.Balakişiyev yol polisi əməkdaşının tələbinə tabe olmayıb və ona müqavimət göstərib. Onun bu əməli yol polisi tərəfindən aktlaşdırılıb.

 

Toplanmış materiallar əsasında Cinyət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb və M.Balakişiyev həbs edilib.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR