Saatlının daha bir kəndi qazlaşdırılıb

Saatlının daha bir kəndi qazlaşdırılıb
16:43 29 Sentyabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+


Saatlı, 29 sentyabr, Mahir Babayev, AZƏRTAC
Saatlı rayonunun qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bu il rayonun 3 yaşayış məntəqəsinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, həmin layihəyə uyğun olaraq Günəşli kəndi də qazlaşdırılıb. Bu məqsədlə kənddə birpilləli sistem üzrə ümumi uzunluğu 24 min 50 metr olan müxtəlif diametrli metal və politilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 245 ədəd sayğac və fərdi tənimləyici quraşdırılıb.
Günəşli kəndinə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib ki, ilin əvvəlindən bəri rayonun Bəylər, Yeni Novruzlu və Qarayevkənd kəndləri qazlaşdırılıb. Hazırda rayonda bu istiqamətdə işlər sürətlə davam etdirlir. Artıq 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Ümumiyyətlə, ilinin sonuna kimi rayonun 20 yaşayış məntəqəsi təbi qazla təmin olunacaq.
Mərasimdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimiizn başçısına minnətdarlıq ediblər.
Məşəl alovlandırıldıqdan sonra evlərə “mavi yanacaq” verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saatlinin_daha_bir_kendi_qazlasdirilib-888201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR