Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıq edəcək (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıq edəcək (FOTO)
19:13 29 Sentyabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi və İdarə Heyətinin üzvləri - Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov ABŞ-ın Nyu-York şəhərində “Appeal of Conscience” Fondunun 50 illiyi, eləcə də təşkilatın təsis etdiyi mükafatın növbəti təqdimatı ilə bağlı keçirilmiş tədbirdə iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Appeal of Conscience” Fondunun mükafatının builki sahibi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kamerun olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərçivəsində “Apeal of Conscience” Fondunun prezidenti Rabin Arthur Şnayer, dünyanın ən böyük transmilli korporasiyaları sayılan “BlackRock”, “BlackStone”, “Johnson&Johnson”, “Coca-Cola” rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, 2016-cı ildə keçiriləcək IV Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb və şirkət rəhbərləri beynəlxalq tədbirə dəvət olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə “Appeal of Conscience” Fondu sıx əməkdaşlıq etməyi planlaşdırır. Fondun fəxri prezidentləri Madlen Olbrayt, Henri Kissencer, Kolin Pauel və Kondoliza Raysdır. Təşkilatın təsis etdiyi mükafatın sahibləri arasında Marqaret Tetçer, Barbara Buş, Vaslav Havel, Henri Kissencer, Herhard Şröder, Romani Prodi kimi nüfuzlu siyasətçilər və ictimai xadimlər var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2438166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR