Ağdaşda əmək yarmarkası keçirilib

Ağdaşda əmək yarmarkası keçirilib
19:18 29 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdaş, 29 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ağdaş Rayon Məşğulluq Mərkəzinin direktoru İlqar İsmayılov ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıb. İlqar İsmayılov ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əmək yarmarkasının bir ənənə olaraq hər il keçirilməsindən və bu uğurlu dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Əmək yarmarkasında iştirak edən vətəndaşlara 31 müəssisə və təşkilat tərəfindən 172 boş iş yeri təqdim olunub. Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 280 nəfər işaxtaran vətəndaşdan 89-u öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar. Həmçinin əmək yarmarkasında 14 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib, 20 nəfər haqqı ödənilən ictimai işə cəlb edilib.
Qeyd edək ki, ötən 9 ayda Ağdaş Rayon Məşğulluq Mərkəzinə 238 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 150 nəfəri işlə təmin olunub. Ötən dövrdə mərkəz 32 nəfəri peşə hazırlığı kursuna cəlb edib, 25 nəfəri isə haqqı ödənilən ictimai işə göndərib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdasda_emek_yarmarkasi_kechirilib-888275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR