Bakı, 29 sentyabr, AZƏRTAC
Avqustda sərnişindaşıma xidmətlərinin qiymətləri 5,1 faiz, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,2 faiz ucuzlaşıb. Ümumilikdə nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustda poçt və kuryer, habelə rabitə xidmətləri qiymətlərində dəyişiklik müşahidə olunmayıb.